Azərbaycan və Ukrayna oxucuları arasında görüş keçirilib

Hit: 586
Azərbaycan və Ukrayna oxucuları arasında görüş keçirilib
Oktyabırın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt kitabxanalarının fəal oxucuları tanınmış Ukrayna uşaq yazıçısı İnna Anatolyevna İşukla görüşü baş tutub. “ZOOM” platforması üzərindən keçirilən görüşdə Azərbaycan oxucularına yazıçı haqqında məlumat verilib.
 
Daha sonra oxucularla müəllif arasında maraqlı söhbət keçirilib. Kiçikyaşlı oxucular müəllifin əsərlərinə çəkilmiş rəsmlər təqdim ediblər və şeirləri səsləndiriblər.
Ukrayna uşaq yazıçısı İnna Anatolyevna İşyuk oxuculara öz kitabından nümunələr oxuyub, müxtəlif tapmacalar səsləndirib və oyunlar təqdim edib. Müəllif əsərlərinin Azərbaycanda öz oxucularını tapmasından məmnunluğunu bildirib və ilk görüşün davamlı olması arzusunu ifadə edib.
 
Görüşün sonunda Bakı kitabxanalarının əməkdaşları 44 günlük müharibənin zəfərindən söhbət açıb, 1 il bundan qabaq Zəngilanın işğaldan azad olunmasını qeyd edibər. O cümlədən Bakı oxucuları vətənpərvərlik şeirləri və kompozisiya təqdim ediblər.  
 
Qeyd edək ki, İnna Anatolyevna İşuk 130-dan çox uşaq kitabının müəllifidir. Ukrayna Milli Yazıçılar İttifaqı Odessa uşaq yazıçıları bölməsinin rəhbəridir. 15 il ərzində müəllifin uşaqlar üçün 130-a qədər kitabçası, şeir və nəsr topluları, almanaxları işıq üzü görüb. O, «Спокойной ночи, малыши!» (“Gecəniz xeyrə qalsın, balalar”) televerilişinin ssenari müəlliflərindən biri, «Болдинская осень в Одессе» (“Odessada Boldin payızı”) festivalının mükafatçısıdır. İki dəfə – 2017-ci ildə “Uşaqlar üçün şeir”, 2020-ci ildə isə «Волшебная монета» (“Sehrli qəpik”) kinossenarisinə görə Beynəlxalq müsabiqənin qalibi və “Korney Çukovski” mükafatının sahibi olub.








Redaktorun seçimi