“I Sumqayıt Kitab Sərgisi” təşkil olunacaq

Hit: 750
“I Sumqayıt Kitab Sərgisi” təşkil olunacaq
30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq.
 
Faktor.az “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinə istinadən xəbər verir ki, sərgidə ölkənin 20-dən artıq tanınmış nəşriyyatı iştirak edəcək. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunacaq. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza günləri və şeir gecələrinin keçirilməsi planlaşdırılır.
 
Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək. 
 
Bütün kitabsevərlər dəvətlidir.
 
Qeyd edək ki, ANİB tərəfindən növbəti sərginin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır.








Redaktorun seçimi