BDU-da Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

Hit: 2160
BDU-da Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı 18 fevral 2021-ci il tarixli Sərəncamına uyğun olaraq Bakı Dövlət Universitetində bu istiqamətdə Tədbirlər Planı işlənib hazırlanmışdır.
 
Tədbirlər  Planına müvafiq olaraq aşıq poeziyasını zirvələrə yüksəltmiş böyük söz ustadı Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi və geniş təbliği  istiqamətində BDU-da, BDU-nun Qazax filalı, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec və BDU-nun nəzdində “Gənc istedadlar” liseyində elmi konfrans, seminar, dəyirmi masa, sərgi və s. tədbirlərin keçirilməsi nəzərdə tutulub.








Redaktorun seçimi