Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının doğum günüdür

Hit: 2341
Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının doğum günüdür
Bu gün filologiya elmləri doktoru, professor, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının bu gün doğum günüdür.
 
Faktor.az xatırladır ki, Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir.
 
AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun folklor şöbəsinin müdiridir. 1992-ci ildən Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub.
 
1994-cü ildən "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyi hazırlayanlardandır. 2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur.[2]
 
2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. 2010-cu ildə Türkiyədə "Ozan-aşık sanatı" adlı kitabı çap olunub.
 
Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı çap olunub.
 
"Ozan-Aşıq" ensiklopediyası üzərində işləyir.
 
Azərbaycan Aşıqlar Birliyinin I katibidir.
 
Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası çapdan çıxmışdır.
 
Xaricdə isə 20 məqaləsi çıxmışdır.
 
Azərbaycan Aşıqlar Birliyinin 1-ci katibi çalışmışdır.2016-cı ildə Birliyinin sədri seçilmişdi








Redaktorun seçimi