İsmayıllıda "İncəsənət həmişə aktualdır" adlı ilk sərgisi keçirilib - FOTOLAR

Hit: 2844
İsmayıllıda  "İncəsənət həmişə aktualdır" adlı ilk sərgisi keçirilib - FOTOLAR
22 iyul 2021-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində "Modern Trinity" səyyar rəssamlar qrupunun "İncəsənət həmişə aktualdır" adlı ilk sərgisi keçirilib.
 
Sərgidə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Əhmədova iştirak etmiş, gənc rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
 
Sərgidə müxtəlif rəssamlıq nümunələri, abstrakt rəsmlər və kollajlar nümayiş olunub. Müasir rəssamlıq nümunələri ilə yaxından tanış olan qonaqlar sərgidən xoş əhval-ruhiyyə ilə ayrılıblar.
 
Sərginin layihə rəhbəri və kurator Alvina Süleymanovadır. A.L.Ştiqliç adına Sənayə və Rəssamlıq Akademiyasını bitirən Alvina xanım Sankt-Peterburqda Nonkonformizm Muzeyində işləyib və Azərbaycana öz kuratorluq təcrübələrini gənc rəssamlarla bölüşmək üçün gəlib.
 
İslam Əhmədli - başda “Kəpənək effekti” olmaqla, işlədiyi işlərin koloriti və işlənmə texnikası ilə diqqəti cəlb edib.
 
Pərviz Kazımlı - əsasən kollaj texnikasında özünü göstərib, daha çox nostalji - keçmiş mövzulara müraciət edən rəssam tamaşaçılarda nostalji hissləri oyadıb.
 
Sahib Yaqubov- heykəltəraş, rəngkar rəssamın “Qarabağa dəstək” heykəli və “3 Klarnet ifaçısı" əsərləri ekspozisiyada yer alıb.
 
Digər işlərində isə rəssamın Azərbaycanın milli folklor və təsviri sənətinə üstünlük verdiyini görə bilərik.
 
Vasif İbrahimli - Qarabağ mövzusunda nümayiş etdirdiyi “Əbədiyyət” əsəri daha çox diqqəti cəlb edib və tamaşaçılarda maraq oyadıb.
 
Rufana Mamedova - Vasiliy Kandinskiy ve Edgar Degadan ilhamlanan xanım rəssamın böyük ölçüdə tabloları sərgidə nümayiş olunub.
 
Sərgi 25 iyul tarixinədək davam edəcək, sonda rəssamlar İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən “Fəxri Fərman” larla təltif ediləcəklər.
1
1
1
1
1
1








Redaktorun seçimi