“ABAD” İçərişəhər etno-butikinin yenilənmiş interyeri təqdim olundu - FOTOLAR

Hit: 1545
“ABAD” İçərişəhər etno-butikinin yenilənmiş interyeri təqdim olundu - FOTOLAR
Etno-butiklərimizin ilki və ən genişi olan İçərişəhər “ABAD” butiki yenilənmiş interyeri ilə Sizləri salamlayır. Burada aparılmış təmir-bərpa işlərindən sonra əsas giriş yenidən ziyarətçilərin üzünə açıq, daxili dizayn isə daha geniş və işıqlıdır. Bərpa zamanı qədim hamamın divarlarının ilkin görkəmi üzə çıxıb və bunun ziyarətçilərin marağına səbəb olacağı gözlənilir. Qonaqlar gözəl hədiyyə əldə etməklə bərabər, tarixi abidə ilə də daha yaxından tanış ola biləcəklər. Burada yeni VIP hədiyyələr, ev dekoru və xüsusi fotozona bölmələri, həmçinin qədim bazar təsviri təqdim olunur.
 
Qeyd edək ki, “ABAD” İçərişəhər butiki Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə — hamamda yerləşir. Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. Orta əsrlərə aid olan hamam 1964-cü ildə bu ərazizidə arxeoloji-təqdiqat işləri aparılarkən aşkar olunub.
 
Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olub. Buna görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər.
 
Aşkarlandıqdan sonra yenə də uzun illər zamanı qapalı olan hamam SOCAR və TİKA-nın birgə dəstəyi ilə təmir olunmuş və 2017-ci il martın 18-də “ABAD” etno-butikinin burada fəaliyyətə başlaması ilə yenidən gündəmə qayıdıb.
 
Butikdə Azərbaycan mədəniyyətinə xas olan dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan 378 “ABAD”çının əl işi satışa çıxarılıb. Yenilənmiş etno-butikdə müasirliyin nəbzini hiss etmək, dəbdə, dizaynda, incəsənətdə aktual olan əl işlərini tapmaq mümkündür. Belə ki, burada həmçinin “ABAD” keramika mərkəzlərində istehsal olunan farfor və fayans servizlər, “ABAD” Masallı xalçaçılıq məktəbinin, “ABAD” Quba zərgərlik məktəbinin yetirmələrinin əl işləri ilə də tanış ola bilərsiniz.
 
Qeyd edək ki, bu mərkəzlə birgə paytaxtda 4, regionlarda isə 6 etno-butik fəaliyyət göstərir:
 
- “ABAD” etno-butiki İçərişəhər filialı;
 
- “ABAD” etno-butiki “Fairmont” filialı;
 
- “ABAD” etno-butiki “Duty Free” filialı;
 
- “ABAD” etno-butiki 3 saylı Bakı “ASAN xidmət” mərkəzi filialı;
 
- “ABAD” etno-butiki Dəmirçi kəndi filialı;
 
- “ABAD” etno-butiki Qəbələ filialı;
 
- “ABAD” etno-butiki Şəki filialı;
 
- “ABAD” etno-butiki Masallı filialı;
 
- “ABAD” etno-butiki Şamaxı filialı;
 
- “ABAD” etno-butiki Kürdəmir filialı;
1
1
1
1
1
1
1








Redaktorun seçimi