İki ilə toxunan 57 kiloluq Quba xalçası

Hit: 1410
İki ilə toxunan 57 kiloluq Quba xalçası
“Azərxalça”nın Qəbələ emalatxanasında bu gün son iki ilin ən böyük xalçası kəsilib. 24 kv.metrlik (4x6) xalça 57,2 kq-dır.
 
Bu barədə Faktor.az-a qurumdan məlumat verilib.
 
“Pirəbədil” çeşnili Quba xalçasının toxunmasına toxucularımız – Nəsirova Aygün, Şəkərxanova Xatirə və Sarıyeva Ülviyyə hələ 2018-ci ilin aprel ayında başlayıblar.
 
COVID-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə xalçanın toxunması dayandırılıb. 1 il müddətində xalçaya güvə düşməməsi üçün müntəzəm olaraq dərmanlama prosesi aparılıb. 2021-ci ilin aprel ayından istehsalatın bərpa olunması ilə əlaqədar xalçanın toxunuşu davam etdirilib və iyul ayında xalça kəsilərək dəzgahdan götürülüb.
 
Böyük ölçülü xalçaları toxucular adətən 1 il – 1 il 3 ay müddətində toxuyurlar.
 
Xatırladaq ki, emalatxanaların hər birində xalçalara baxmaq və əldə etmək imkanı mövcuddur.








Redaktorun seçimi