Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsildi

Hit: 1398
Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsildi
Bu gün “Azərxalça”- nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib.
 
"Azərxalça"dan Faktor.az-a verilən məlumata görə, xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub.
 
Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kvadrat metrdir.
 
Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.
 
Xatırladaq ki, böyük kvadratlı (24-25 kvadrat metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər biremalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.








Redaktorun seçimi