Yenidən beynəlxalq yumor səhnəsində ölkəni təmsil etmək üçün onlar seçildi!

Hit: 1343
Yenidən beynəlxalq yumor səhnəsində ölkəni təmsil etmək üçün onlar seçildi!
Ukraynanın " Ліга Сміху " televiziya yumor şousunda Bakı şəhərini təmsil edən " Как по Маслу " komandası populyar layihənin 8-ci mövsümündə iştirak edir.
 
Onlar 2018-ci ildən bəri, son üç il ərzində Azərbaycanı beynəlxalq yumor arenasında təmsil edən yeganə kollektivdir.
 
“Çox həvəsliyik, çünki qarşımızdakı məqsədin məsuliyyətini tam anlayırıq. Komandamız gücləndi, yenidən formalaşdı və yeni mövsümə yeni ümidlərlə gedir. Komandamızın tərkibinə təcrübəli müəllif və "Planet Parni iz Baku" teatrının aktyoru Ələkbər Əliyev, həmçinin gənc istedadlı blogger Mark Kim daxil oldular. Səməndər Rzayevin başda olmaqla komandanın “sütunlarından” olan  Valeh Dayanov və Emil Dalivalovda yenilənmiş kollektivdədilər.
 
“Etdiyimiz işdən böyük zövq alırıq, Oyunla yaşayırıq! Ümidvarıq ki, bu il Azərbaycan yumoru inkişaf edəcək və durğunluq dövründə olmayacaq, buna görə inanıram ki, bu yumor “paradı”nı  ölkələsini sevən, düzgün düşünən vətənpərvərlər irəli aparmalıdırlar. Müvafiq dəstəklə komandanın ölkəni yüksək səviyyədə təmsil etmək şansı var. Hal hazırda növbəti mərhələdə ikinci turuda uğurla keçmək vacibdir ”- deyə  «Как по Маслу»  komandasının kapitanı Cavid Şahbazbəyov bizə bildirdi.
 
Komanda hərtərəfli dəstəyə görə Bakı şəhər Mədəniyyət Baş İdarəsinə təşəkkür edir.








Redaktorun seçimi