Kiyevdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub

Hit: 766
Kiyevdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Ukraynaya səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub və səfir Elmira Axundova ilə birlikdə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib.
 
İdarədən Faktor.az-a bildirilib ki, səfirlikdə olarkən iki ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində aktual məsələlər müzakirə olunub. Bakı və Kiyev şəhərləri arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
 
Daha sonra dünya şöhrətli müğənni Müslüm Maqomayev adına park ziyarət edilib, onun abidəsi önünə tər çiçəklər düzülüb.
 
Həmçinin Kiyevin məşhur “Kiyev-Peçora Lavrası” Milli Qoruğuna və qoruq ərazisində fəaliyyət göstərən Ukrayna Xalq Dekorativ Sənəti Milli Muzeyinə baxış keçirilib, maraqlı görüşlər olub. Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikovun başçılığı ilə nümayəndə heyəti muzeyin ekspozisiyası, fond işi, layihələri ilə yaxından tanış olub, ortaq dəyərlər və fəaliyyətlər müzakirə edilib.
 
Qeyd edək ki, Ukraynaya səfərin əsas məqsədi mədəniyyət müəssisələri arasında əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsidir.
 
Mədəniyyət Baş İdarəsinin nümayəndələrinin Ukraynaya səfəri iyunun 21-dək davam edəcək.








Redaktorun seçimi