Nizami Gəncəvi yaradıcılığı həsr edilmiş konfrans keçirilib

Hit: 1265
Nizami Gəncəvi yaradıcılığı həsr edilmiş konfrans keçirilib
"Nizami Gəncəvinin dünya şərqşünaslığının daim diqqət mərkəzində olduğunu, ölkəmizdə Nizami yaradıcılığının öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görüldüyünu diqqətə çatdırdım. ​ Böyük mütəffəkkirin bu il anadan olmasının 880 illiyinin tamam olması ilə əlaqədar cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzaladığını qeyd etdim.
 
Qeyd olunub ki, məhz cənab Prezidentin imzaladığı Sərəncam, bu gün ölkəmizin elm, mədəniyyət və ədəbiyyat sahələrinin bütün nümayəndələrini səfərbər edib, ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Azərbaycanın mədəniyyətini, elm və ədəbiyyatının inkişafını daim diqqətdə saxlayan dövlətimizin başçısı cənab İlham Əliyevin dahi şairə verdiyi dəyərin bariz nümunəsi kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə şairin 870 illik yubileyinin 2011-ci ildə geniş miqyasda və UNESCO səviyyəsində qeyd olunduğunu, həmçinin ​ 20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Roma şəhərindəki məşhur "Villa Borghese" parkında Nizami Gəncəvinin abidəsinin açılışını vurğuladım".
 
Deputat qeyd edib ki, sonra isə elmi-praktik konfransda iştirak edən AMEA-nın M.Fizuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov,​ Azərbaycan Jurnalistlar Birliyinin üzvü Əzizağa Məmmədli, Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi Günaydın Əhədova, Salyan rayonu 4 saylı tam orta məktəbin direktoru Gülər Quliyeva və Salyan şəhəri 7 saylı məktəb-liseyin müəllimi Günay Əbilova çıxış ediblər:
 
"Konfrans iştirakçıları Azərbaycanda "Nizami İli"nin elan edilməsinin mühüm əhəmiyyətə malik olduğunu, cənab Prezidentin imzaladığı bu Sərəncamın Nizami irsinin öyrənilməsində vacib rol oynadığını bildirdilər. Habelə Nizami poeziyasının sənətkarlıq xüsusiyyətləri və klassik poetik ənənələrdən bəhrələnmə özəllikləri, şairin öz türk soykökünə və doğma xalqına olan məhəbbəti, Nizami yaradıcılığında türk ruhunun mövcudluğundan bəhs etdilər".
 
Deputat
Jalə Əhmədova








Redaktorun seçimi