Xəzər Süleymanlı Vaqif Səmədoğlu medalı ilə təltif edilib

Hit: 1659
Xəzər Süleymanlı Vaqif Səmədoğlu medalı ilə təltif edilib
Xəbər verdiyimiz kimi bu gün Səməd Vurğunun ev muzeyində bir qrup ədəbiyyat və sənət adamına Vaqif Səmədoğlu medalı təqdim edilib. Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 illiyi münasibəti ilə ötən il verilən medal pandemiya səbəbi ilə sahiblərinə təqdim edilməmişdi.
 
Faktor.az xəbər verir ki, təltif olunanlar arasında tanınmış bədii qiraətçi Xəzər Süleymanlı da var.
 
Vaqif Səmədoğlu medalı bu gün Xəzər Süleymanlıya təqdim edilib.
 
Xatırladaq ki, tədbirin təşkilatçıları Vaqif Səmədoğlu Mərkəzi və Səməd Vurğun Ev Muzeyidir.








Redaktorun seçimi