Muzeydə Əzizbala Hacıyevə məxsus fotoaparat qorunur

Hit: 631
Muzeydə Əzizbala Hacıyevə məxsus fotoaparat qorunur
Milli Azərbaycan Tarix Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda Azərbaycanda peşəkar fotoqrafiyanın əsasını qoyan şəxslərdən biri Əzizbala Hacıyevə məxsus fotoaparat mühafizə olunur. Bu barədə Muzey əməkdaşı, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu Azərbaycan Fotoqrafiyasının 160 illiyi münasibətilə ilk azərbaycanlı fotoqraf Əzizbala Hacıyevə məxsus fotoaparat barədə ATV kanalının çəkdiyi xüsusi reportajında ətraflı məlumat verib.
 
Qeyd edək ki, Azərbaycanda ilk foto 1861-ci il çəkilmişdir. Müəllifi kapitan-leytenant A.F.Ulskin olan “Bakının həyat tərzi” adlı foto həmdə Bakı şəhərinin ilk fotosudur.








Redaktorun seçimi