CinemaPlus ən tanınan 50 brend sırasındadır

Hit: 1091
CinemaPlus ən tanınan 50 brend sırasındadır
“Caspian Energy Club”ın təşkil etdiyi, AZPROMO və KOBİA-nın rəsmi tərəfdaşlığı, “Social Lab” agentliyinin isə rəqəmsal tərəfdaşlığı ilə keçirilən beşinci “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın cari ildə 50 ən tanınan brendi müəyyən olunub.
 
Faktor.az xəbər verir ki, “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev müsabiqədə 200 milli korporativ, xidməti və məhsul brendinin iştirak etdiyini deyib. Bildirib ki, səsvermədə müxtəlif ölkələrdən 6500-dək respondent iştirak edib. Səsvermə zamanı şəffaflıq qorunub, belə ki, bir cihazdan yalnız bir dəfə səs vermək mümkün olub.
 
“Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri sırasında CinemaPlus da  var.
 
Qeyd edək ki, CinemaPlus şəbəkəsinə 8 kinoteatr, 38 ekran və 3802 oturacaq daxildir. Yüksək ölçülü 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və “Enhanced 4K Barco” dəqiq təsvirinə malikdir. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır.
 
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin tətbiq etdiyi “Platinum Movie Suites” konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradır.
 
Bundan əlavə “CinemaPlus” Azərbaycanda ilk dəfə Dolby Atmos texnologiyası tətbiq edib.
 








Redaktorun seçimi