Şəhid ailələrin övladları üçün bayram şənliyi təşkil olunub - FOTOLAR

Hit: 1065
Şəhid ailələrin övladları üçün bayram şənliyi təşkil olunub - FOTOLAR
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlqədar Sabirabad Regional Mədəniyyət İdarəsi və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayonunda yerləşən “Ana Kür” Ailəvi İstirahət Mərkəzində şəhid ailələrinin övladlarının şərəfinə tədbir təşkil olunmuşdur.
 
Tədbirin aparıcısı Səbinə İsmayılova bu əlamətdar günün təsis olunması haqqında ətraflı məlumat verərək tədbiri açıq elan etmişdir.
Daha sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, tədbirdə iştirak edən şəhid ailələrini  salamlamış, şəhidlərimizin xatirəsini əziz tutmalı olduğumuzdan, onların ailələrinə və bizə əmanət qalan övladlarına qayğı ilə yanaşmağın həm vətəndaşlıq borcumuz, həm də ən əsas vəzifə borcumuz olmasından söz açmış, uşaqların bayramını təbrik etmişlər.
 
Tədbirdə çıxış edən şəhid Süleyman Qarayevin həyat yoldaşı Şəlalə Qarayeva və şəhid mayor Anar Məmmədovun qızı Zeynəb Məmmədli tədbirin təşkil olunmasından dolayı təşkilatçılara bütün şəhid ailələri və şəhid ailələrinin övladları adından minnətdarlığını bildirmişlər.
 
Tədbirin bədii hissəsində Sabirabad şəhər Uşaq Musiqi məktəbinin şagirdi Hüseyn Hümbətlinin ifasında mahnı səsləndirilmiş, məktəbin digər şagirdləri əyləncəli rəqs nümunələri nümayiş etdirmiş, məktəbin nağara ifaçıları ansamblının ifasında müxtəlif ritmlər ifa olunmuşdur.
 
Tədbir müxtəlif cizgi film personajlarının və şən klounların uşaqları əyləndirən rəngarəng çıxışları ilə davam etmişdir.
Sonda tədbirdə iştirak edən uşaqlara Sabirabad Regional Mədəniyyət İdarəsi və Sabirabad rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan müxtəlif hədiyyələr təqdim olunmuşdur.
1
1
1
1
1
1








Redaktorun seçimi