Bakı Dövlət Sirkinin orkestr heyətinin səyyar çıxışı baş tutub

Hit: 1044
Bakı Dövlət Sirkinin orkestr heyətinin səyyar çıxışı baş tutub
Uzun illərdən sonra yeni fəaliyyətə başlayan  sirk orkestr heyəti  ilk musiqi nömrələrini ulu öndər Heydər Əliyevin anadan olmasının 98 ci  ildönümünə həsr edib.
 
16  nəfərdən ibarət olan sirk orkestr heyətinin çıxışı  10 may tarixində Zabitlər Bağında  baş tutub.
 
Sirk orkestr heyətinin repertuarında 10-dan çox  Azərbaycanın  və dünya klassik  musiqilərinə yer verilib.
 
Səyyar  musiqi nömrələrində  bəstəkar Rauf Hacıyev və  dünya şöhrətli Müslüm Maqamayevin  “Azərbaycan ” adlı əsərləri  sirk orkestr heyətinin repertuarının  əsasını təşkil edib.
 
Xatırladaq ki, ilk  sirk orkestr  heyəti 1945 ci ildə milli truppa ilə birgə  fəaliyyətə başlayıb.  Daha sonra orkestr fəaliyyətini   1967- ci ildən 1987 ci illərə kimi davam edib.  Və nəhayət  uzun illərdən sonra Bakı Dövlət Sirki yenidən sirk orkestr heyətini formalaşdırıb. Bundan sonra da sirk orkestrı Bakı Dövlət Sirkində baş tutacaq proqramlarda fəaliyyətlərini davam etdirəcək, səyyar çıxışlarına daha çox yer veriləcək.








Redaktorun seçimi