Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasından - 105 il ötür

Hit: 520
Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasından - 105 il ötür
Görkəmli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın anadan olmasından 104 il keçir.
 
Faktor.az-ın məlumatına görə, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda dünyaya gəlib. Atası Kərbəlayı Cahangir tanınmış tacir, sevimli aktyor, Azərbaycan milli realist aktyor məktəbinin banisi olub.
 
Nəsibə xanım 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. 1938-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Texnikumu bitirəndən sonra Musiqili Komediya teatrında fəaliyyətini davam etdirir. Lakin bəxtindən teatr 1949-cu ildə müvəqqəti olaraq bağlanır və aktrisa həmin ildən Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir, mədəniyyət evində dram dərnəyinin rəhbəri, Filarmoniyanın estrada sektorunda aktrisa işləyir. 1956-cı ildə Musiqili Komediya Teatrı yenidən qapılarını tamaşaçıların üzünə açır və Nəsibə xanım doğma sənət ocağına qayıdır. Buradakı səhnə fəaliyyəti, bir-birindən rəngarəng, duzlu-məzəli obrazlar ona korifey aktrisa Nəsibə Zeynalova adını bəxş edir. Aktrisanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açılıb.
 
“Bizim Cəbiş muəllim”, “Ögey ana”, “Böyük dayaq”, “Qanun naminə”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm”, “Yuxu” və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarıb.
 
Aktrisanın “Qaynana”da Cənnət, “Dərviş Məstəli şah”dakı Xanpəri, “Gözün aydın”da Nargilə, “Durna”da Şərəf və Nisə, “Toy kimindir”də Məsmə, “Qızıl axtaranlar”da Rəxşəndə, “Altı qızın biri Pəri”də Cəhrə xala, “Ulduz”da Züleyxa kimi rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.








Redaktorun seçimi