“Azərbaycan Mədəniyyəti” sosial platforması “Səhər çağı”nda

Hit: 420
“Azərbaycan Mədəniyyəti” sosial platforması “Səhər çağı”nda
“Azərbaycan Mədəniyyəti" sosial platformasının komandası növbəti dəfə Mədəniyyət kanalında yayımlanan "Səhər çağı" verlişinə qonaq olub.
 
Faktor.az xəbər verir ki, platformanın mətbuat xidmətinin rəhbəri Fidan Oruc Əliyeva “Azərbaycan Mədəniyyəti" sosial platforması barədə televiziya tamaşaçılarına məlumat verib, layihənin ideya müəllifinin Nicat Müslümov olduğunu xatırladıb.
 
O, platformada könüllü gənclərin aktiv fəaliyyətindən, sosial şəbəkədə adminlərin iş fəaliyyətindən danışıb. Bildirib ki, ki, palforma sosial şəbəkələrdə ana dilimizlə yanaşı, xarici dillərdə də paylaşımlar edir.
 
“İşimizin geniş miqyaslı olması üçün, layihə adminləri xarici qruplarla sıx əməkdaşlıq edirlər. Həmçinin, platformanın məqsəd və məramları çərçivəsində Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərləri, soy kökümüzü təbliğ etmək və sosial şəbəkələr vasitəsilə daha geniş kütləyə çatdirmaqla bərabər, gənc nəsillərə milli ruh, vətənpərlik aşılanır”, - mətbuat katibi deyib.
 
Təşkilati işlər üzrə rəhbər Ümidə Kəngərli pandemiya şəraitində boş dayanmadıqlarını, online konfranslar, görüşlər və tədbirlər keçirdiklərini vurğulayıb.
O, əməkdaşlıq etdikləri ali təhsil müəssisələri, təşkilatlar barədə məlumat verib və sosial platformanın təbliğatının önəmini vurğulayıb.
Sonda isə platformanın gənc xanəndəsi 2015-ci il Muğam Müsabiqəsinin iştirakçısı Ülkər Orucova öz ifasını nümayiş etdirib.







Redaktorun seçimi