“The real truth about Karabakh history” adlı layihə əsasında sənədli film - FOTOLAR

Hit: 1129
“The real truth about Karabakh history” adlı layihə əsasında sənədli film - FOTOLAR
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “The real truth about Karabakh history” adlı layihə əsasında sənədli film çəkilib.
 
Bu barədə Faktor.az-a filmin rejissoru Elçin Ağazadə bildirib. 
 
Filmin əsas sujet xətti Vətən müharibəsində rəşadətli ordumuzun əldə etdiyi şərəfli döyüş yolundan, erməni qəsbkarlarının ötən il oktyabr ayında Gəncə şəhəri və Bərdə rayonunda dinc əhaliyə qarşı  törətdikləri terrordan bəhs edir. Bu faciələrdə şəhid olan, ağır yaralanan, mənəvi və maddi ziyana məruz qalan mülki əhalinin də yaşadıqları filmdə yer alıb. 
 
Filmin paytaxt və digər rayonlarda təqdimatından sonra türk, rus və ingilis dillərinə dublyaj edilərək Türkiyə, Gürcüstan, Polşa, Çexiya,Rumıniya, İtaliya, Ukrayna kimi xarici ölkələrdə nümayişi gözlənilir. Təbliğat xarakterli olaraq 2021-ci il ərzində baş tutacaq qısametrajlı beynəlxalq film festivallarına qatılmaq da nəzərdə tutulur. 
 
Qeyd edək ki, filmin ən maraqlı qəhramanı Gence terror aktında dağıntılar arasında saq qalan balaca Bəxtiyardır ve s.
 
Layihə rəhbəri: Nigar Ələsgərova
 
Quruluşçu rejissor: Pərviz Həsənov 
 
Rejissor:Elçin Ağazadə
 
Quruluşçu operator Fahir Səmədoğlu
 
Operator: Feyyaz Ələkbərov 
 
Ssenari müəllifi: Pərviz Seyidli
 
Prodüsser: Vüqar Əliyev
 
İcraçı prodüsser: Fuad Cəfərov
 
Layihənin meneceri: Əziz Məmmədov
1
1
1
1
1








Redaktorun seçimi