Xalq Şairi 90 illik yubileyini "Xəzər"in "Birinci Studiya"sında qeyd etdi - VİDEO

Hit: 1332
Xalq Şairi 90 illik yubileyini "Xəzər"in "Birinci Studiya"sında qeyd etdi - VİDEO
18 fevral 2021-ci il tarixində xalq şairi Nəriman Həsənzadənin 90 yaşı tamam olub. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla xalq şairi "İstiqlal" ordeninə layiq görülüb.
 
Bu münasibətlə Nəriman Həsənzadəni evində ziyarət edənlər sırasında "Xəzər TV"nin Baş Direktoru Murad Dadaşov və “Birinci Studiya” verilişinin aparıcısı Lalə Azərtaş da yer alıb.
 
Görüş zamanı dövlətimizin və millətimizin sənət insanlarına, yazıçı və şairlərimizə verdiyi qiymət və yüksək dəyərlərdən söhbət açılıb. Ustad şairimiz Qarabağın düşmən işğalından azad olunması münasibətilə qələmə aldığı misraları sevənlərinə öz dilindən çatdırıb. "Daha qaçqın, daha köçkün olmayacaq, ey Vətən!" - deyən şair həmin misralarda sevinc və fəxr hisslərini ifadə edib.
 
Sonda N.Həsənzadə Murad Dadaşovun "Xəzər TV"nin rəhbəri qismində fəaliyyətini yüksək dəyərləndirərək, yaradıcı insanlara göstərilən diqqətə görə təşəkkür edib.
 
 








Redaktorun seçimi