Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin uğurları - FOTOLAR

Hit: 2908
Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin uğurları - FOTOLAR
Tarixi Zəfərlə başa çatan Vətən Müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalanlar sırasında mədəniyyət işçiləri də var. Bu günlərdə hər birimiz öz cəbhəmizin əsgəri olaraq haqq işimizi davam  etdiririk. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbitarixi Qələbəmizdən ilhamlanaraq bu tədris ilində bir sıra böyük uğurlara imza atmışdır. Vətən Müharibəsinin ən qaynar günlərində məktəbimizin 5-ci sinif şagirdi Kəngərli Sevil Amerikanın Los Anceles şəhərində keçirilən , ABŞ, Avstraliya, Ukrayna, Sinqapur, Rusiya təmsilçiləinin qatldığı ,,COLİBRİ 2020 “ Gənc instrumental musiqiçilərin  XIII  Beynəlxalq Müsabiqısində uğurla  çıxış edərək Fəxri Fərman və Xüsusi mükafata layiq görülmüşdür. Şagirdimiz məktəbin fortepiano ixtisası üzrə gənc müəllimi Gülnar Mirzəyevanın sinfində təhsil alır . Münsiflər heyəti müəllimin işini yüksək qiymətləndirərək ona təşəkkür məktubu imzalamış və sertifikatla təltif etmişlər.
 
Həmin günlərdə ,, First İnternational  Musical Virtual  Festival Competition of Hope “ Beynəlxalq Müsabiqəsində məktəbimizin 5-ci sinif şagirdləri Mirzəyeva Gülüstan və Mütəllibov Xəlil fortepiano dueti nominasiyasında uğurla çıxış edərək 1-ci yerə layiq görülmüşlər. Bu istedadlı pianistlərimiz müəllim Ləman Hüseynovanın sinfində təhsil alırlar. Ləman Hüseynova bir müəllim kimi əzmlə çalışdığı kimi bir vətənpərvər ifaçı kimi də müxtəlif proyektlərdə iştirak edir. Dünya ictimaiyyətinə erməni vandalizmini və erməni terrorunu tanıtmaq , qədim və zəngin Azərbycan mədəniyyətini təbliğ etmək məqsədi ilə keçirilən ,, Playing for Justise “ proyektində məktəbimizin tar ixtisası üzrə müəllimi Ülfət Həsənli ilə birgə Konsert proqramı təqdim etmişdir.
 
Zəfər Günü ərəfəsində Azərbaycan Mədəniyyət Nazirliyi və  Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən ,,Qarabağ kuboku -2020 “ Beynəlxalq İncəsənət Yarışmasında məktəbimizin skripka ixtisası üzrə 3-cü sinif şagirdi  Dadaşova Elmira  1-ci yerə ,fortepiano ixtisası üzrə 2-ci sinif şagirdi Bağırzadə Zeynəb 2-ci yerə , 5-ci sinif şagirdi Əhədzadə Nuray 1-ci yerəlayiq görülmüşlər.
 
27 il sonra Ağdamda keçirilən ilk tədbirdə məktəbimizin xanəndə ixtisası üzrə 5-ci sinif şagirdi Bəşirli Kənanın (müəllim Kamilə Abdullayeva ) ifa etdiyi ,,Bayatı – Şiraz “ muğamı hamını kövrəltmişdi.
 
İşğaldan azad olan torpağımızda ilk olaraq cıxış etmək istedadlı balamız  Kənanın qismətində varmış. 
 
Qələbə ilə bol olan ilimizin yekunu olaraq 28 dekabr 2020-ci il tarixində Qazaxıstanın Nur Sultan şəhərində P.İ.Çaykovskinin 180 illik yubileyinə həsr olunmuş ,,Astana Classic “ III Beynəlxalq Müsabiqəsində münsiflərin yekdil qərarı ilə skripka ixtisası üzrə 3-cü sinif şagirdi Dadaşova Elmira 1-yerəlayiq görülmüşdür. Balaca Elmira 8-10 yaş kateqoriyasında ən kiçik iştirakçı idi. O , Respublikanın Əməkdar müəllimi İlhamə Ağayevanın sinfində təhsil alır. Bu ,balaca skripkaçının Beynəlxalq və Respublika müsabiqələrində artıq 6-ci qələbəsidir. Məktəbimizin fortepiano ixtisası üzrə şagirdləri Əhədzadə Nuray –fortepiano solo, Mirzəyeva Gülüstan və Mütəllibov Xəlil isə fortepiano dueti nominasiyassında müsabiqənin ən yüksək mükaftına – Gran Prixə layiq görülmüşlər. Onlar müəllim Ləman Hüeynovanın sinfində təhsil alır. Bu uğurların arxasında müəllimlərin professionallığı,əzmkarlığı ,ən əsası Vətən sevgisi durur.
 
 
 
 
1
1
1
1
1
1








Redaktorun seçimi