Haqqımızda

Faktor.az saytı (Faktor Azərbaycan MMC) 1 noyabr 2015-ci ildən fəaliyyət göstərir. Azərbaycan Mətbuat Şurasının (AMŞ) üzvüdür.

Faktor.az-ın tərkibində faktor SMM xidməti, AQAT Channel və FAKTOR-AZ youtube kanalları, eləcə də Faktor.az xəbər portalı fəaliyyət göstərir.

Saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər ölkələrin də, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Faktor.az tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. 

"Faktor Azərbaycan" həmçinin fiziki qüsurlu, müxtəlif sığınacaqlarda məskunlaşmağa məcbur qalan və uşaq evlərindən yenicə həyata atılan Azərbaycan vətəndaşlarını işlə təmin etmək, onları jurnalistika peşəsinə yönəltmək, jurnalistika vərdişlərinin formalaşmasına yardımçı olur.

Qurumun devizi belədir: Əngəlli yoxdur, əngəl də olmayacaq.

Qurumun təsisçisi Aslan Abbaszadədir.

Web: www.faktor.az

Email: [email protected]
Tel.     +994 55 828 88 85

Ünvan: Bakı şəhəri, Nizami küç 83