Dəmir çatışmazlığı əqli inkişafa səbəb ola bilər

Hit: 651
Dəmir çatışmazlığı əqli inkişafa səbəb ola bilər
Xalq arasında qanazlığı kimi tanınan dəmir çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Bu çatışmazlıq hətta uşaqların məktəb uğuruna da mənfi təsir göstərə bilər. 
 
Xüsusilə 2 yaşdan kiçik uşaqlarda uzunmüddətli dəmir çatışmazlığının IQ-nü təxminən 10 bal aşağı saldığı bildirilir. Belə uşaqlarda adaptasiya, qavrama, problem həll edə bilmə, anlama ilə bağlı problemlər yaranır, onlar daha utancaq və qapalı olurlar.
 
Körpələrin analarından aldıqları dəmir ehtiyatı doğumdan sonra təxminən 4-6 ay bəs edir. Bu müddətdən sonra kifayət qədər dəmir ala bilməyən uşaqlarda dəmir çatışmazlığı yarana bilər. Bu səbəblə ana südü ilə qidalanan körpələrə 5-6, ana südü qəbul etməyənlərə isə 4 aylığından etibarən dəmir preparatı verilməlidir. 
 
Əgər valideynlər övladlarında iştahasızlıq, halsızlıq kimi əlamətlər müşahidə edərsə, mütəxəssisə müraciət etmələri, bir sıra analizlər ilə yanaşı demir defisitini yoxlatmaları tövsiyə olunur.








Redaktorun seçimi