Avtomobildə gizlədilən 21 kiloqramdan artıq heroin aşkar edildi

Hit: 1588
Avtomobildə gizlədilən 21 kiloqramdan artıq heroin aşkar edildi
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Avstriya Respublikasına gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.
 
Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində, alt yataqda yerləşən döşəyin içərisində 69 ədəd bağlamada, ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram olan təhlükəli narkotik vasitə - heroin aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi