Qanunvericiliyin tələbini pozan MTK-ya cərimə yazıldı

Hit: 358
Qanunvericiliyin tələbini pozan MTK-ya cərimə yazıldı
"SAS 2015" Mənzil Tikinti Kooperativinə cərimə protokolu yazılıb.
 
E-huquq.az xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsi) maddəsi ilə protokol tərtib olunub.
 
Protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İş hakim Vaqif Həsənov icraatına verilib.
 
Protokol təsdiq olunarsa, "SAS 2015" MTK otuz beş min manat məbləğində cərimə edilə bilər.








Redaktorun seçimi