“Caspian Capital Group”un sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu”na ev sahibliyi etdi - VİDEO

Hit: 1963
“Caspian Capital Group”un sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu”na ev sahibliyi etdi - VİDEO
Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə ilk dəfə ölkədə “Türk Dövlətləri İqtisadi Forumu” keçirilib.
 
”Caspian Capital Group”un sponsorluğu ilə keçirilən forumun açılış mərasimi ölkə başçısı İlham Əliyevin türk dünyasına aid fikirlərini əks etdirən video çarx ilə başlayıb. Daha sonra Türk Dövlətləri Təşkilatının baş katibinin köməkçisi Ömər Kocamanın forum iştirakçılarına müraciəti nümayiş olunub.
 
Forumda dövlət və özəl qurumların rəsmi şəxsləri geniş təqdimatlar edib, forumun əhəmiyyətindən danışıblar.
 
Qeyd olunub ki, forum türk dövlətləri arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, türk markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk dövlətləri arasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyır.
 
”Caspian Capital Group” şirkətinin İcraçı direktoru Elvin Mahmudov jurnalistlərə müsahibəsində bildirib ki, şirkət fəaliyyətə başladığı gündən ölkə iqtisadiyyatına öz töhfəsini verməkdə davam edir. Bakıda ilk dəfə keçirilən Türk Dövlətləri İqtisadi Forumu xüsusi əhəmiyyətə malikdir. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Türk dövlətləri bundan sonra da əməkdaşlıq əlaqələrinin bütün istiqamətlər üzrə inkişafına davamlı töhfələr verəcək və daha sıx birləşmiş türk dünyasına nail olacaqlar. 
 
E.Mahmudov həmçinin xatırladıb ki, ”Caspian Capital Group” inşaat və layihələndirmə, mühəndislik və sənaye xidmətləri, təchizat, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkət bu günlərdə Türkiyənin aparıcı tikinti şirkəti olan “Özgün İnşaat”  arasında birgə əməkdaşlığa dair Saziş imzalayıb. Şirkət fəaliyyətə başladığı gündən etibarən ixtisaslaşmış şirkətləri, müasir və innovativ yanaşması və peşəkar komandası ilə sifarişcilərinin etibarını qazanmışdır. 
 
E.Mahmudovun sözlərinə görə, hazırda işğaldan azad edilmiş Kəlbəcər rayonunda Caspian Capital Group şirlətinə daxil olan ND Company tərəfindən magistral qazlaşdırılma işləri aparılır. Ərazidə 60-dan çox texnika və 300-dən çox canlı qüvvə işləyir. Bütün işlər çətin iqlim və relyef şəraitində dayanmadan aparılır. Qazlaşdırılma işlərinin yay aylarında başa çatacağı planlaşdırılır.
 
Qeyd edək ki, forum çərçivəsində 12 şirkət öz stendlərində məhsul və xidmətlərini sərgiləyib. Tədbirdə ümumilikdə 600-dan  çox yerli və xarici sahibkarlar, media nümayəndələri, iş adamları və rəsmilər iştirak edib. Forum hər il müxtəlif türk dövlətlərində davamlı olaraq keçiriləcək.












 
 








Redaktorun seçimi